Məşhur şirkət 3,2 milyard dollara satıldı

meshur-sirket-32-milyard-dollara-satildi
Oxunma sayı: 1303

Dünyanın ən böyük içki və qida şirkətlərindən olan “PepsiCo” İsrailin karbonadlı içki istehsalçısı “SodaStream”i alıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, satışın dəyəri 3,2 milyard dollar təşkil edib.

Bu satınalmadan sonra “PepsiCo”nun hissələri Nyu-York birjasında 0,8 faiz artaraq 115,85 dollara çatıb.

Qeyd edək ki, “SodaStream” 1991-ci ildən fəaliyyət göstərirdi. “PepsiCo” isə 1898-ci ildə qurulub.