Məşhur şirkət adını dəyişdi

meshur-sirket-adini-deyisdi
Oxunma sayı: 1100

Estoniyada təsis edilmiş və dünyanın bir çox ölkəsində fəalyyət göstərən məşhur “Taxify” taksi servisi öz adını dəyişib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, şirkətin seçdiyi yeni ad Bolt olub.

Bu ad altında motosiklet və samokat icarəsi xidmətləri də göstəriləcək.

Qeyd edək ki, “Taxify” 2013-cü ildə 19 yaşında estoniyalı Markus Villiq tərəfindən təsis edilib. Hazırda bütün dünyada 100-dən çox şəhərdə fəaliyyət göstərir.