Məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu

Məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu
Oxunma sayı: 868

“Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” şirkəti ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, müqaviləyə əsasən “McKinsey&Company” şirkəti modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisitemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi