Məşhur şirkət cərimələndi, məhkəmə ləğv etdi

meshur-sirket-cerimelendi-mehkeme-legv-etdi
Oxunma sayı: 2185

“UNİBRANDS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 min avro cərimələnməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. Belə ki, şirkət avans yolu ilə ödənilmiş pulun müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət göstərməməsinə baxmayaraq pulu da geri ödəməkdən imtina edib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə “UNİBRANDS” MMC inzibati xətanın bilavasitə obyekti olmuş 10000 ( on min) Avronun 20 ( iyirmi) faiz miqdarında, yəni 2000 ( iki min) Avro miqdarında cərimə edilib.

Şirkət qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə baxılıb. Şirkətin şikayəti təmin edilib və cərimə olunması ilə bağlı qərar ləğv edilib. İşə xitam verilib.

Murad Əhməd