Məşhur şirkət halal üsula keçdiyi üçün boykot edilir

meshur-sirket-halal-usula-kecdiyi-ucun-boykot-edilir
Oxunma sayı: 2490

ABŞ-ın “Mondelez” şirkəti “Toblerone” şokoladını İslam üsulları ilə istehsal etmək üçün “Halal” sertifikatı alıb.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, sertifikat bu ilin aprelində alınsa da, şirkət müsəlman olmayan istifadəçilərin tənqidlərinə tuş gəlməmək üçün məlumatı ictimaiyyətə açıqlamayıb.

Məlumat açıqlandıqdan sonra Avropada şirkətə qarşı sərt tənqidlər səsləndirilib. Hətta “Mondelez” şirkətini boykot etmək üçün çağırışlar da edilib.

Qeyd edək ki, artıq “Toblerone” şokoladına spirtli içki və donuz əti məhsullarının qatılmadığı bildirilir