Məşhur şirkətə qarşı yarım milyonluq iddia!

meshur-sirkete-qarsi-yarim-milyonluq-iddia
Oxunma sayı: 635

“Qafqazinfo”nun Femida.az-a istinadən verdiyi xəbərə görə, İskəndər Mirzəyev holdinqdən 455 min manat pul tələb edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi məhkəmə aktını qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, “Xəyal holdinq” şirkəti 1995-ci ildə Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biridir. Şirkətin çörək və limonad zavodu, konserv, pivə və tünd içkilər sexi var.

Xatırladaq ki, “Xəyal-Holdinq”in prezidenti Fikrət Rəcəbovun meyiti 2006-cı fevralın 9-da Nardarandakı bağ evində asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi məlum olub. 2006-cı ildən 2009-cu ilə qədər şirkətin fəaliyyətində passivlik müşahidə olunub.