Məşhur şirkətin direktoru istefa verdi

meshur-sirketin-direktoru-istefa-verdi
Oxunma sayı: 1832

“Air France” şirkətinin direktoru Jan-Mark Janayyak vəzifəsindən ayrılıb.

“Qafqazinfo” “Le-Figaro”ya istinadən xəbər verir ki, o, bir müddətdir maaşlarının artırılması məqsədilə kütləvi tətillər keçirən işçilərin təklifini qəbul etmiş və müqavilə sənədi hazırlamışdı.

Lakin, həmin sənəd idarə heyətində qəbul edilməyib. Jan-Mark Janayyak da buna görə istefa verib.

Müqavilədə işçilərin maaşının bu il ərzində 2 faiz, növbəti üç il ərzində isə 5 faiz artırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, kütləvi tətillər nəticəsində şirkətə 296 milyon avro ziyan dəyib.