Məşhur şirkətin rəhbəri balıq tutarkən itkin düşüb

Məşhur şirkətin rəhbəri balıq tutarkən itkin düşüb
Oxunma sayı: 1179

İdman geyimləri brendi olan “Quicksilver”in rəhbəri Pyerr Anyes itkin düşüb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Anyes ötən gün Atlantik okeanının sahillərində 11 metr uzunluğundakı “Mascaret III” adlı yelkənli gəmisi ilə balıq ovuna çıxıb.

54 yaşlı biznesmen ovda olarkən qatı duman qalxıb və o, limana gec qayıdacağı barədə məlumat verib. Bu gün səhər saatlarında isə gəmi okeanın Hosseqor sahilinə vurmuş şəkildə tapılıb. Lakin, P.Anyes gəmidə olmayıb.

Hazırda 4 gəmi və 1 helikopterlə şirkət rəhbərinin axtarışları aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi