Məşhur şou yenidən efirə qayıdır

meshur-sou-yeniden-efire-qayidir
Oxunma sayı: 1902

Kanal D-nin reytinqli proqramı hesab olunan  “Bəyaz Şou” yenidən ekranlara qayıdır.  “Qafqazinfo” xəbər verir ki, bu barədə proqramının aparıcısı Bəyazit Öztürk münsifi olduğu “O səs Türkiyə”in final gecəsində danışıb. 

Şoumen qeyd edib ki, sözügedən veriliş 20 aprel tarixindən etibarən start götürür. Bəyazit şounun ilk çəkilişinin Almaniyada baş tutacağını söyləyib.