Məşhur türk aktyoru öldü

meshur-turk-aktyoru-oldu
Oxunma sayı: 2431

“Yeşilçam” ulduzu, Türkiyənin tanınmış kino və teatr aktyoru Süleyman Turan dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İkinci Sayfa” proqramında məlumat verilib.  Qeyd olunub ki, 83 yaşlı aktyor Kadıköydəki evində infarkt keçirib. 

İki gündür aktyordan xəbər almayan qonşular polisə müraciət edib.  Xilasetmə qüvvələri S. Turanın evində cəsədini tapıblar.