Məşhur türk serialı Venesuelada yayıma başladı

meshur-turk-seriali-venesuelada-yayima-basladi
Oxunma sayı: 2690

Türkiyənin məşhur “Diriliş Ertuğrul” serialı Venesuelada yayıma başlayıb.  “Qafqazinfo” xəbər verir ki, bir neçə ay bundan əvvəl TRT ilə TVES kanalı arasında müqavilə imzalanıb və yayım hüququ əldə olunub. 

Ekran işi həftə içi hər gün xarici tamaşaçı qarşısına çıxmağa başlayıb.  TVES TV-də artıq serialın üçüncü bölümü yayımlanır. 

Xatırladaq ki, “Diriliş Ertuğrul” 70-ə yaxın ölkədə izlənilir.  Bir neçə ay bundan əvvəl Venesuela prezidenti Nicolas Maduro serialın çəkiliş meydançasında olub və aktyor heyəti ilə görüşüb.