Məşhur türk serialının qəhrəmanı Bakıya gəlir

meshur-turk-serialinin-qehremani-bakiya-gelir
Oxunma sayı: 638

G. Musayevanın mətbuat katibinin “Qafqazinfo”ya verdiyi məlumata görə, noyabrın 23 - də “The frist 2011” mukafatını almaq üçün Azərbaycana gələcək model 2 gün Bakıda olacaq. Ailə həyatı qurandan sonra ilk dəfə Bakıya gələcək Günay bu dəfə həyat yoldaşı Tolqa Karelin onunla birgə gəlməyəcəyini deyib və bunu Tolqanın yeni serial çəkilişləri ilə məşğul olması ilə əlaqələndirib.

Qeyd edək ki, Günayla yanaşı şoumen Bəyaz, "Öylə bir geçər zaman ki" serialında Ali kaptan rolunun ifaçısı Erkan Petekkaya, modelyer Uğurkan Erez, eləcə də Soner Sarikabadayı da “The Frist 2011” mükafatını almaq üçün Bakıya gələcəklər. Günay təqdimat gecəsinə Türkiyənin məşhur modelyeri Erol Albayrakın “Miss World” yarışmasında gecənin ən yaxşı paltarı ödülünü almış geyimilə qatılacaq.

Nigar