Məşhur ukraynalı şoumen Bakıya gəldi

meshur-ukraynali-soumen-bakiya-geldi
Oxunma sayı: 1259

Ukraynalı aktyor, şoumen Vladimir Zelenskiy Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə instasqram səhifəsində məlumat yayıb. 

Aparıcı Heydər Əliyev Mərkəzinin qarşısına foto paylaşaraq binanın memarının Zaha Hadid olduğunu bildirib. Həmin paylaşımı 83 mindən çox insan bəyənib, 400-ə yaxın şərh yazılıb. 

Qeyd edək ki, Zelenskiy tez-tez Azərbaycana səfər edir. O, yanvarın əvvəlində Qəbələdə təşkil olunan “Veselo” festivalında da iştirak etmişdi.