Məşhur yazar 95 yaşında öldü

meshur-yazar-95-yasinda-oldu
Oxunma sayı: 1611

“Hörümçək adam”, Fantastik Dördlük”, “X-Men”, “Daredevil”, “Halk” və “Dəmir adam” kimi Marvel komikslərinin yaradıcısı Sten Li 95 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, məktəbi bitirdikdən sonra “Timely”də işləyən Sten Li 1942-ci ildə “Kapitan Amerika” adlı ilk hekayəsini qələmə alıb.

Onun hekayələri ilə məşhurlaşan “Timely” şirkəti adını “Marvel Komiks” olaraq dəyişdirib.