Məşhur yazıçı Bakının neft maqnatlarından yazdı

meshur-yazici-bakinin-neft-maqnatlarindan-yazdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, əsər Erast Fandorinin 14-cü macərasından bəhs edir. Əsərdə Erast Fandorin xidmətçisi Maso ilə birgə Odissey adlı terroristi tutmaq üçün Bakıya gəlir. 1914-cü il Bakısının koloriti, rəngarəngliyi, sirli, təhlükəli və sehrli təsviri ilə Meksika filmlərini xatırlatdığı bildirilir. “Təzadlar şəhəri” kimi təsvir olunan Bakının neft maqnatlarının həyatına da əsərdə geniş yer verilib.

Ən maraqlı məqamsa romanın yazılma tarixçəsidir. Belə ki, 2008-ci ildə Le Fiqaro qəzetində Homerin Odisseyinə həsr olunan layihə nəşr olunur. Qəzet rəhbərliyi məşhur əcnəbi nasirlərə Homerin “Odissey” əsərindən seçdikləri fraza ilə başlayan hekayə yazmağı təklif edir və lahinənin bir neçə il davamlı olaraq nəşr edir.