Məşhur yazıçı ölüb

meshur-yazici-olub
Oxunma sayı: 1833

Məşhur meksikalı yazıçı, SSRİ-də işləmiş tərcüməçi və diplomat Serxio Pitol vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Notimex” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yazıçı 86 yaşında Halapa şəhərində öz evində dünyasını dəyişib.

O, "Sevgi paradı" və "Gül oyunu" kimi məşhur romanların müəllifi olub. Bundan başqa Pitol 100-dən çox dünya müəllifinin yazılarını ispan dilinə tərcümə də edib.