Məşhur yazıçının oğluna hökm oxundu - 6 il 6 ay

meshur-yazicinin-ogluna-hokm-oxundu-6-il-6-ay
Oxunma sayı: 643

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün Əziz Kərimzadə və onun tanışı Azər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Kərimzadə 6 il 6 ay, Qurbanov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Bakı şəhər sakini Muradov Elçin Dadaş oğlu polisə müraciət edərək özünü vəkil kimi təqdim edən Əziz Kərimzadənin onun 12 min manat pulunu mənimsədiyini bildirib. Belə ki, Kərimzadə bu pul müqabilində onun İstiqlaliyyət küçəsindəki mülkdə pay sahibi olmasını təsdiqlətdirəcəyinə boyun olub. Kərimzadə Bakı şəhər 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub.