Məşhurlar 8 martda hansı hədiyyəni gözləyirlər?

meshurlar-8-martda-hansi-hediyyeni-gozleyirler
Oxunma sayı: 4841



8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsi hər kəsi maraqlandıran suallardan biri "Ətrafımızı bəzəyən zərif cinsin nümayəndələrini necə təbrik edək?" sualıdır. 

“Qafqazinfo” xəbər verir ki, hər kəsin zövqü individual olduğundan hədiyyə seçimində çətinlik çətirik. Xanımlardan soruşduqda, onlar daim "Əsas diqqətdir" sözünü desələr də, daxillərində mütləq gözlədikləri hədiyyə vardır. Əbəs yerə "Qadınların istəkləri tükənməzdir", deməyiblər. Bu səbəbdən ətrafımda olan xanımlardan nə hədiyyə gözlədiklərini soruşdum. Düşünürəm ki, aldığım cavablar çoxlarının hədiyyə seçimini yüngülləşdirəcək. 

İlk olaraq, həmsöhbətimiz "NARGIS" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova oldu. O, sualı "İstərdim ki, insanı kökəltməyən şokoladlar hədiyyə alım"-deyə, cavablandırdı.


"NARGIS" jurnalının redaktoru Könül Nağıyeva: "Milyon qızılgüldən ibarət gül dəstəsi".

Rubina Əsədova: "Nadir vintaj tərzində olan vinilli plastinka".

"Avroviziya" musiqi müsabiqəsində Azərbaycana qələbə qazandıran Nigar Camal güllərə olan sevgisindən danışaraq, bir dəstə gül hədiyyə alsa, çox sevinəcəyini söylədi.

Azərbaycanı "Eurovision 2014"də təmsil edəcək Dilara Kazımova: "Louboutin ayaqqabıları və gözəl bir çanta".

Teleaparıcı Hüsniyyə Məhərrəmova: "Suzuki GSX1300 motosikli".

Aynur Məmmədova: "Chopard brendindən saat".

Elnarə Əhmədovaya hündür bir məkandan paraşütlə tullanmaq imkanını hədiyyə etsə, özünü çox xoşbəxt hiss edər.

Müğənni Diana Hacıyeva Londona bilet istədi.
Müğənni Ülviyyə Rəhimova: "BMW x4".
Buro247.az