Məşhurlar Ayselin butikində qonaq oldular - Fotolar

meshurlar-ayselin-butikinde-qonaq-oldular
Oxunma sayı: 7802

Məşhur dizayner Piter Dundas Moskvaya gələrək azərbaycanlı biznes-ledi Aysel Trudelin “Aizel” butikində yeni kolleksiyasını nümayiş etdirib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Emilio Pucci” və “Roberto Cavalli”nin keçmiş yaradıcı direktoru bu il Parisdə keçirilən Moda Həftəsində şəxsi brendi “Dundas”ın ilk koleksiyasını təqdim edib. İlk reklam kampaniyasının siması isə model Sara Sampayo olub. 

Rusiyanın paytaxtında “Elle” jurnalının təşkilatçılığı ilə keçirilən gecədə rus şou-biznesinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.

39 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.