Məşhurlar bu serialın qalasına axın etdi - Fotolar

meshurlar-bu-serialin-qalasina-axin-etdi
Oxunma sayı: 4578

Ötən gün “Netflix”in Türkiyə original serialı olan “The Protector”un ( Hakan: Muhafız”ın premyerası keçirilib.  “Qafqazinfo” xəbər verir ki,  gecədə ekran işin qəhrəmanları Çağatay Ulusoy, Ayça Ayşin Turan, Hazar Ergüçlü, Okan Yalabık, Mehmet Kurtuluş, Yurdaer Okur, Saygın Soysal, Burçin Terzioğlu  iştirak edib. 

Bundan əlavə, qala tədbirinə Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Belçim Bilgin, Hazal Kaya, Dilan Deniz Çiçek, Yasemin Özilhan, Aras Bulut İynemli, Alina Boz, Buse Terim - Volkan Bahçekapılı, Pelin Karahan - Bedri Güntay və başqaları qatılıblar. 

Səs-küylü layihənin mövzusu isə belədir:“Hakan: Muhafız” serialında Hakan  (Çağatay Ulusoy) tarixdə ona verilmiş gizli vəzifə ilə İstanbulu qorumaq məcburiyyətində qalır və həyatı alt üst olur.