Məşhurlar bu xəstəliklərdən əziyyət çəkir

meshurlar-bu-xesteliklerden-eziyyet-cekir
Oxunma sayı: 2936

Kimi üzdənoxu problemi yaşayır, kimi isə başı hərləndiyi üçün çəkilişlərə qatıla bilmir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən tanınmışların hansı xəstəlikdən əziyyət çəkdiklərini təqdim edir: 

Aktrisa Aslı Ənvər oxuma çətinliyi yaradan “disleksiya” xəstəliyi ilə mübarizə aparır. Normal insanın yarım saata oxuya biləcəyi mətni Aslı 5 saata bitirə bilir. 

Müğənni Sərtab Erener 11 yaşından “ülseratif” adlanan bağırsaq xəstəliyindən əziyyət çəkir. 1995-ci ildə yoğun bağırsağını əməliyyat edirib. 

Aktrisa Tuba Ünsal qarınağrısı, nəfəs çatışmazlığı və tez-tez qızdırmadan əziyyət çəkir. Aktrisanın uzun müddət müalicələrindən sonra səhhəti bir qədər normallaşıb. 

Aktrisa Bensu Soral 16 yaşında ikən atasının “çəkinə diqqət et” tənbehindən sonra güclü pəhrizə başlayıb. Ancaq dəfələrlə huşunu itirən Sorala epilepsiya diaqnozu qoyulur. Ancaq daha sonra diaqnoz özünü doğrultmur. Bensunun ürəyində ömrü boyu daşıyacağı problem yaranır. Həyəcan və nəbiz yüksəldən idman növləri Sorala qadağandır. 

Aktrisa Beren Saat isə dırnaq yemə xəstəliyindən əziyyət çəkir.

Aktyor Kıvanç Tatlıtuğ isə xoruldama və yuxuda nəfəs çatışmazlığı xəstəliyindən əziyyət çəkir. 

Müğənni Gökhan Özoğuz “vertigo” xəstəliyindən əziyyət çəkir. Tez-tez başı hərlənən Gökhan bu səbəbdən münsifi olduğu “O səs Türkiyə” yarışmasının çəkilişlərinə davamlı olaraq qatıla bilməyib. 

Müğənni Sezen Aksu isə “panik atak” xəstəliyindən əziyyət çəkir. 

Aktrisa-müğənni Dəfnə Samyeli 2000-ci ildə uşaqlıq yolu xərçəngindən əməliyyat olunub. Bu səbəbdən uzun müddət Nyu-Yorkda yaşayan Samyeli qadınlara tez-tez ginekoloqa müraciət etmələrini  məsləhət görür.