Məşhurlar “Qarabağ”dan yazdı... - “Gözlərimizə inanmaq vaxtıdır”

meshurlar-qarabagdan-yazdi
Oxunma sayı: 3004

Xəbər verdiyimiz kimi, ötən gün “Qarabağ” Çempionlar Liqasında səfərdə “Atletiko” ilə 1-1 oynayıb və İspaniyadan 1 xalla geri qayıdıb.
Bu uğura şou-biznes nümayəndələri də biganə qalmayıb. Onlar rəsmi instaqram səhifələrində “Qarabağ”I təbrik ediblər. 

“Qafqazinfo” məşhurların paylaşımlarını təqdim edir: 

Əməkdar artist Tünzalə Ağayeva:

“Gözəl, əzimkar bir oyun göstərdiz. Sizə təşəkkür edirəm. Fəxr edirəm ki, Avropanın ən güclü klubuyla dünya səviyyəsində bir oyun göstərdiz. Sizinlə qürur duyuram”. 

Əməkdar artist Vasif Məhərrəmli:

“Bu insan xarügələr yaratdı. Axşamki oyuna görə bütün futbolçularımıza təşəkkür edirəm. Bu həyəcanı və sevinci bizə yaşatdığı üçün Qurban Qurbanova minnətdaram”. 

Elton Hüseynəliyev:

“Azərbaycan futbolunun daha bir uğuru, “Qarabağ” 1- 1 “Atletiko”. Həm də böyük uğur! “Qarabağ”ın bütün futbolçularını, azarkeşlərini və özümü təbrik edirəm”. 

Azərbaycanın əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə):

“Uraaa! “Qarabağ irəli”. 

Samirənin paylaşımına Aşıq Əli də reaksiya verib:

“Səndən xahiş edirəm, bundan sonra oyunların hamısına bax. Baxırsan, matç yaxşı nəticələrlə bitir”.

Əməkdar artist Tünzalə Əliyeva:

“Qürurverici bir an, Təbriklər “Qarabağ”.

Aktyor Fərda Xudaverdiyev:

“Gözlərimizə inanmaq vaxtıdır. Sonda hesabın necə olacağından asılı olmayraq “Qarabağ” ürəyimizdir”. 

Manaf Ağayev, Roza Zərgərli, Anar Mədətov, Ceyhun Əli, Lalə Azərtaş, Elvin Abdullayev və başqaları da Ağdam klubuna dəstək olublar.