Məşhurlar yeni ili harda qarşılayacaq?

meshurlar-yeni-ili-harda-qarsilayacaq
Oxunma sayı: 2012


“Qafqazinfo” Gecce.az-a istinadən həmin sorğunu təqdim edir.

Nüşabə Ələsgərli: “ Yeni ilin Azərbaycan bölgələrindən birindəki hotellərin birindən təklif almışdım. Ya uşaqları götürüb getməlidim ora, ya da ev şəraitində. İldə bir dəfə olan gündür, ayrı yerdə ola bilməzdi. Uşaqlar da getmək istəmədi ora. Mən də təklifdən imtina etdim. Harada da olsam, on iki tamamda ailəmlə, uşaqlarımla bərabərəm”.

Xatirə İslam: “Həmin gün biz işdə ola bilərik. Amma çox istəyirəm ki, evdə olum. Övladımın birinci bayramıdır”.

Elçin Hüseynov: “Bu bizim işimizdi. Restoranlarda oluruq. Amma ən gözəl vaxtda mən evdə oluram həmişə”

Lamiyə Novruzova: “Əslində xaricə, hansısa soyuq ölkələrdən birinə getmək istəyirdim. Yeni ilə qədər gedib qayıdaram ki, verlişlərim dayanmasın, heç olmasa qurdumu öldürüm”

Oksana Rəsulova: “ İmkan olsa evdə keçirəcəm. Çünki bəzi şou-proqramlar var. Orda iştirak edirəm yeni il gecəsi. Ona görə çalışacam ki, gəlim evə”.

Eyyub Yaqubov: “ Yeni ili həmişə sənətimizlə, peşəmizləəlaqədar olaraq xalqın arasında oluruq. Təbii sonra da yaxınların, ailəmizin, uşaqların, həyat yoldaşımızla yanında əlbəttə ki”.

Günay İbrahimli: “Yeni ili əlbəttə ki, proqramlar olacaq. Bir sözlə xalqa qulluq edəcəyik, həmişəolduğu kimi. Yeni ili yəqin ki efirdə olaram”