Məşhurlarımız 10 il əvvəl... - Video

meshurlarimiz-10-il-evvel
Oxunma sayı: 4534

Azərbaycan məşhur simalarının arxiv görüntüləri ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, həmin videonu müğənni Natavan Həbibi instaqram səhifəsində paylaşıb. 

Videoda müğənni Natavanla Zamiq Hüseynov 10 il əvvəl ATV kanalında yayımlanan “Səhər” proqramında qatıldığı yer alıb. 

O zamankı verilişin aparıcısıları Zaur Baxşəliyev və Nanə Ağamaliyeva olub.  Natavanın paylaşımında sonra həmin video sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. 

İstifadəçilər Nanə və Zamiqin çox dəyişdiyini bildiriblər. Həmçinin, xanım aparıcının bu illər ərzində tanınmaz hala düşdüyünü iddia ediblər.