Bir neçə gün bundan əvvəl İsveçrədə Azərbaycan istehsalı olan “Kəklikotu” filminin premyerası olub. Cenevrəyə gedən məşhurlarımız sırasında Fərda Amin (Xudaverdiyev), İslam Mehrəliyev və Müşviq Şahverdiyev olub.
“Qafqazinfo” xəbər verir ki, Fərda instaqram səhifəsində maraqlı video paylaşaraq 3 dönər aldıqlarını, bunun üçün 140 AZN pul ödədiklərini bildirib.
F. Amin həmin paylaşıma “Üç dönər 70 İsveçrə frankı, hardasa 140 manat. Hələ də bizi axtarırlar, arxa qapıdan evə qaçdıq”- deyə şərh yazıb.