Məşhurlarımız açılışda... - “Cratos Lounge”

Məşhurlarımız açılışda...
Oxunma sayı: 3089

Bakıda yeni “ Cratos Hall” şəbəkəsinə daxil olan “Cratos Lounge” klub açılıb.“Cratos Lounge” paytaxtımızın ən böyük və dəbdəbəli klubu kimi digərlərindən seçilir. Müştəriləri burada yüksək xidmət, əyləncəli dəqiqələr, maraqlı vaxt keçirmək üçün hər bir şərait gözləyir. 

Açılış mərasiminin təşkilatçılığı tanınmış prodüser Tarix Əliyevə,  aparıcılığı Nəsib Nura həvalə olunub. Gecə möhtəşəm rəqs şousu ilə başlayıb. Məkanın açılışında Elton Hüseynəliyev, Zamiq Hüseynov, Nadir Qafarzadə, Ayaz Qasımov, Aysel Əlizadə, Kamil Zeynallı, Rahidə Baxışova, Fatimə Fətəliyeva, Elşən Orucov, Könül Müxtarova, Arzu Mirzəyeva iştirak ediblər. Açılışda özəl olaraq Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova yer alıb. Qonaqlara ifasını təqdim edən Aysel, gecəni daha da maraqlə edib. 

Məkanın özəlliyi ondan ibarətdir ki, burada hər həftə sonu qonaqlar bir məşhur simanın canlı ifasını dinləyə biləcəklər. 

“Cratos Lounge” fərqli menyusu ilə də qonaqların diqqətini çəkəcək. Aşpazlar tərəfindən hazırlanan ləzzətli, yerli və dünya mətbəxinin yeməkləri, fərqli içkilər və şirniyyatlar sizləri bu məkanda gözləyir. 

Yüksək personalın xidmət etdiyi məkanda müxtəlif qəlyanlar da təqdim edilir.  

Ünvan: Süleyman Sani Axundov 8B

Tel: (050) 555 80 80

İnstagram @cratos_lounge_club

















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi