Məşhurlarımız bir arada... - Fotolar

meshurlarimiz-bir-arada
Oxunma sayı: 2454

Ötən gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, gecə MUZ TV Azərbaycanın peyk və bütün kabel televiziyalarının yayımına çıxması münasibəti ilə təşkil olunub.  

Tədbir iki hissədən ibarət olub. Birinci kanalın direktoru Elnur Kələntərov və başqaları çıxış edib, iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər. 
Rəsmi hissədən sonra ölkənin tanınmış simaları çıxış edib. 

Konsertə xalq artisti Faiq Ağayev, müğənnilər Natavan Həbibi, Elnarə Xəlilova, Samir Cavadzadə, Elnur Məmmədov və başqaları qatılıb. 

Tədbirin aparıcısı əməkdar artist Murad Dadaşov olub.