Məşhurlarımız qala gecəsində... - Fotolar

meshurlarimiz-qala-gecesinde
Oxunma sayı: 2095

Ötən gün yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filminin təqdimatı olub. 

“Qafqazinfo” xəbər verir ki, “ADDIM “ın 6 yaşı münasibəti ilə lentə alınan ekran işinin premyerası Bakı Konqres Mərkəzində olub. Təqdimatda filmin qəhrəmanları, əməkdar artist Gülşad Baxşıyeva, aktyor-model Riad Abdul, aktrisa Duyğu Dəvəli və başqaları iştirak edib.

Bundan əlavə, gecəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, xalq artistləri Nisə Qasımova, Brilliant Dadaşova, Həmidə Ömərova, əməkdar artistlər Tünzalə Ağayeva, Hüsniyyə Mürvətova və digərləri qatılıb.

Premyeranın aparıcıları İrəm Nəbiyeva və Fariz İlyasov olub.  Layihə rəhbəri isə Hüseyn Cavadzadədir.