Məşhurların istirahət məkanları - - Fotolar

meshurlarin-istirahet-mekanlari-
Oxunma sayı: 4177


Belə ki, həmişəkindən fərqli olaraq, bu il populyar simalarımızın böyük hissəsi istirahət etmək üçün Azərbaycanın rayonlarına üz tutublar. 

Bəstəkar və müğənni Rəhim Rəhimli müxtəlif bölgələrdə yayın dadını çıxarır. 

Teleaparıcı Nanə Ağamalıyeva fotokameraya Lənkəranda tuş gəlib. 

Müğənni Roza Zərgərli istirahətini Ağsu, Şəmkir, Qazaxda (Damcılı), populyar müğənni Kərim Abbasov isə Qəbələdə edir. 

Xaricə üz tutan məşhurlarımız da yetərincədir. Belə ki, əməkdar artist Ədalət Şükurov həmişə olduğu kimi bu dəfə də orijinallığı ilə fərqlənib. O, Namibiyada istirahət edir. 

Müğənni Rüfət Axundov isə Dubayda bazarlıq edərkən çəkilən şəkillərini sosial şəbəkədə paylaşıb. 

“Yeni dalğa” müsabiqəsi ilə əlaqədar olaraq, gənc ifaçı Çingiz MustafayevYurmaladadır. 

Eurovision təmsilçimiz Eldar Qasımov isə İtaliyada istirahət edir. 

Xalq artisti Brilliant Dadaşova və gənc müğənni Ayan Bakıda şəxsi bağ evlərində dincəlirlər. 

Müğənni Samirə isə yoldaşı ilə Bodrumda çəkdirdiyi şəkili İntaqramda paylaşıb. 

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova Röya yenidən Türkiyədədirlər. Xanım Kazımova avqustun əvvəlinə planlaşdırdığı konsertə, Röya isə “Gəmiçilər” mahnısının klipinin təqimatına hazırlaşır.