Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

meshur-aktrisa-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2149

Türkiyəli aktrisa Mələk Baykalın səhhəti pisləşib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, fəqərəarası disk yırtığının şiddətlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib və təcili olaraq əməliyyat olunub.

Həkimlər aktrisanın vəziyyətinin hazırda normal olduğunu bildiriblər. M.Baykalın neçə gün xəstəxanada yatacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, 64 yaşlı aktrisa “Ferhunde hanımlar” (“Nərmin”), “Hayat bağları” (Nurhayat”), “Cənnət məhəlləsi” (Pembe”) serialları ilə populyarlaşıb.