“Məşqçi kimi kənarda dayanmaq asandır” - Qurban Qurbanov

mesqci-kimi-kenarda-dayanmaq-asandir
Oxunma sayı: 714

Millimizin və "Qarbağ"ın baş məşqçisi Qurban Qurbanovun jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Gənclər Liqasında "Qəbələ" "Qarabağ"ı məğlub edərək çempion oldu. Oyun haqda fikirləriniz necədir?

Hər iki komandanın futbolçularında həyəcan var idi. Onlara gələcək karyeralarında uğurlar arzu edirəm. Hər bir futbolçu üçün çempion adı böyük stimuldur. Bu yaşda onlara çox kömək olacaq. 

- Millinin heyətini çempionat başa çatmamamış açıqlamağınız mümkündür?

- Ola bilər ki, baş versin. Bir tur qalmış mümkündür.

- Heyətdə yeni simaya rast gəlmək olar?

- Bu barədə nəsə deyə bilmərəm. Əvvəl də qeyd etmişəm ki, toplantılarda yeni futbolçular olacaq. O demək deyil ki, bir dəfə yığmaya dəvət alan futbolçu həmişə çağırılacaq. Futbolçuları rotasiya edəcəyik. Diqqətlə oyunlarına baxırıq. Hələ qarşıda bir neçə tur var. Oyunçuların hər birini izləyirik.

- Ufuk Budak ötən toplanışda zədə səbəbində iştirak etmədi. Artıq zədəsini sağaldıb. Onun yığmaya dəvət olunması perspektivi nə dərəcədə realdır?

- Belə bir ehtimal var.

- Mayın 28-də ölkə kubokunun finalı keçiriləcək. Bundan bir gün sonra isə yığmamız yoxlama oyununda qüvvəsini sınayacaq. “Keşlə” və “Qəbələ”nin futbolçuları digər oyunlar üçün dəvət alacaqlar?

- Dəvət alacaqlar. Finaldan sonra ola bilər ki, sayı artıraq.

- Millətlər Liqasına az vaxt qalıb. Siz hələ rotasiyalar edirsiz. Tam heyəti nə vaxta kimi formalaşdırmağı planlaşdırırsız?

- Əfsuslar olsun ki, milli üçün optimal heyəti formalaşdırmaq çətin olur. Lakin məşqçinin fikrində hansısa bir heyət olur və onun ətrafında kiçik dəyişikliklər baş verir. Çox istərdim ki, optimal heyətimiz olsun. Düşünürəm ki, qarşıdakı üç oyunda 100 faiz olmasa da, geniş ölçüdə heyəti optimal edəcəyik.

- Musa Qurbanov oyunun sonuna 15 dəqiqə qalmış meydana daxil oldu. Məşqçi və valideyn kimi hansı hissləri keçirdiz?

- Məşqçi kimi kənarda dayanmaq asandır, nəinki tribunadan oyunu izləmək. Belə bir hiss yaşadım.

- Belə bir xəbər yayılmışdı ki, “Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnı milliləşdiriləcək...

- Mənim belə bir fikrim yoxdur.

- Rəşad Sadıqov U-19 komandasında missiyasını başa çatdırır?

- Bu barədə mövsüm bitəndən sonra ətraflı müzakirə edəcəyik.

- “Mamelodi Sandaunz” klubunun baş məşqçisi Pitso Mosimane bildirib ki, komandanın hücumçusu Xama Billiat böyük ölçüdə “Qarabağ”a keçəcək. Bu barədə nə yenilik var?

- Dəfələrlə demişəm ki, müəyyən futbolçularla həmişə maraqlanırıq. Ancaq bu o demək deyil ki, onları mütləq alacağıq. Bəzi nüanslara görə alınmır. Bu barədə qərar verilməyib ki, Billiat “Qarabağ”a keçəcək.