Məşqçi oğlunun toyuna getməyəcək

mesqci-oglunun-toyuna-getmeyecek
Oxunma sayı: 646

Qol.Az-ın məlumatına görə, buna İngiltərə milli komandasının keçirəcəyi yoldaşlıq görüşlərinin Kapellonun oğlunun toyu ilə bir vaxta düşməsidir.

Noyabrın 12-də İspaniya, 15-də isə İsveçlə yoldaşlıq görüşü keçirəcək İngiltərə yığmasının baş məşqçisi Kapello bu səbəbdən İtaliyaya gedə bilməyəcək.

Kapellonun oğlu Piefiliponun toy gününü atasından xəbərsiz təyin etdiyi bildirilir. Piefilippo toyunda atasının iştirak etməməsi haqda belə danışıb: "Atamın toyumda iştirak etməməsi problem deyil. Çünki bütün baş məşqçilərin oğullarının həyatı çox fərqli keçir".

Qeyd edək ki, noyabrın 12-də keçiriləcək toy mərasimində Kapellonu həyat yoldaşı Laura təmsil edəcək.