Məşqçilər “Neftçi” – “Rubin” qarşılaşmasından danışdı

mesqciler-neftci-rubin-qarsilasmasindan-danisdi
Oxunma sayı: 649

Oyun haqqında proqnozlar müxtəlif olsa da, Azərbaycan məşqçiləri “Neftçi”nin bu gün 1 xal belə olsa, qazanacağına inanır.

Matç barədə məşqçilərin “Qafqazinfo”ya verdiyi açıqlamaları təqdim edirik:

Ramiz Məmmədov (“Qəbələ”nin baş məşqçisi): “Neftçi tam oturuşmuş komandadır. Bizimlə qarşılaşmadan da artıq 4-5gün keçib. Yəni komanda artıq özünü bərpa edib. “Neftçi”nin futbolçuları öz professionallıqları ilə seçilir. “Neftçi” “Rubin”lə oyunun II hissəsində göstərdi ki, “Rubin”ə qarşı layiqli oynaya bilər. Çünki bu qarşılaşmanın II hissəsi “Neftçi”nin üstünlüyü ilə keçmişdi. Mən bu gün “Neftçi”nin qələbə çalacağına əminəm”.

Şahin Diniyev (Azərbaycan futbol millisinin keçmiş baş məşqçisi): “Neftçi”ni çətin oyun gözləyir. Düşünürəm ki, “Neftçi” bu oyunda heç-heçə etsə, yaxşı nəticədir”.

Yunis Hüseynov (“Xəzər-Lənkəran”-ın keçmiş baş məşqçisi): “Mən yalnız “Neftçi”yə uğurlar arzu edirəm. Təmsilçimizdən yalnız uğur gözləyirik”.

Emin Quliyev (“Xəzər- Lənkəran”ın hazırkı çalışdırıcısı): “İnanıram ki, “Neftçi” bu oyunda heç olmasa, 1 xal da olsun götürəcək”.

Vaqif Sadıqov (AZAL klubunun baş məşqçisi): “Şans həmişə var. Qələbəyə inam olmalıdır. “Neftçi” “Rubin”lə səfər matçının II hissəsindəki kimi oyun nümayiş etdirsə, azarkeş dəstəyi vasitəsi ilə də mütləq və mütləq qələbə qazanacaq. “Neftçi” yaxşı futbol oynadığını artıq hamıya göstərib. Ona görə də, “Neftçi” bu gün çox cəsarətli oyun nümayiş etdirəcək”.

Sevinc