Messi baş məşqçidən 1 illik icazə aldı

messi-bas-mesqciden-1-illik-icaze-aldi
Oxunma sayı: 3538

Lionel Messi növbəti 1 ildə diqqətini yalnız “Barselona”ya cəmləmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı ulduz növbəti 1 il milliyə çağırılmaması üçün Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və baş məşqçi Lionel Scalonidən icazə istəyib.

Onun xahişinin isə müsbət cavablandırıldığı bildirilir.

Bu xəbərdən sonra Mauro İkardinin yenidən milliyə çağırılacağı, Paulo Dibalaya isə daha çox məsuliyyət veriləcəyi barədə məlumatlar da yazılmağa başlayıb.