“Messi ilə Maradonanı müqayisə etmək düzgün deyil” - Sampaoli

messi-ile-maradonani-muqayise-etmek-duzgun-deyil
Oxunma sayı: 1548

Argeentina millisinin baş məşqçisi Xorxe Sampaoli sabah dünya çempionatının ikinci turunda Xorvatiyaya qarşı keçirəcəkləri oyundan danışıb. “Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis komandanın ulduz futbolçusu Lionel Messiyə yönələn tənqidlərə də cavab verib.

Sampaoli Messini Maradona ilə müqayisə edib: “Messi Maradona kimi Argentina millisinin özəyidir. Anlayıram ki, insanlar müqayisə etməyi, nəticə cıxarmağı sevirlər. Messi yığmada 75 oyun keçirib. Bunlardan cəmi 5 və ya 6 oyununda məğlub olub. Anlayıram ki, hər kəsin onlar haqda öz düşüncəsi var və bu normaldı. Messi ilə Maradonanı müqayisə etmək düzgün deyil”.

Qeyd edək ki, Argentina millisi dünya çempionatında keçirdiyi ilk oyundan  İslandiya ilə 1:1-lik heç-heçə edib.