Messi ilə münasibətləri gərgin olduğu üçün DÇ-yə aparılmır

Messi ilə münasibətləri gərgin olduğu üçün DÇ-yə aparılmır
Oxunma sayı: 1883

“İnter”in kapitanı Mauro İkardinin DÇ-2018-də Argentina yığmasına kömək etməyə bilər.

“Qafqazinfo” xəbər verir ki, yığmanın baş məşqçisi Xorxe Sampaoli forvardın durumundan razı deyil. Bu barədə məlumatı “FOX Sports” yayıb. Digər səbəb isə onun yığmanın liderləri ilə münasibətlərinin gərgin olmasıdı. Başda Lionel Messi olmaqla digər futbolçuların Mauro ilə münasibətləri yaxşı deyil.
 
Bu məqamları nəzərə alan Sampaoli yığmanın düşərgəsində ab-havanı pozmamaq üçün onu heyətə cəlb etmək istəmir.
 
İkardi cari mövsümdə A seriyasında keçirdiyi 22 oyunda 18 qol vurub.
 
Əlavə edək ki, Mauro İkardi hazırda "Udineze"də çıxış edən həmyerlisi Maksi Lopesin xanımı Vanda Naranı "ələ keçirdiyi" üçün çox tənqidlərlə üzləşib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi