“Messi lider deyil”

messi-lider-deyil
Oxunma sayı: 1712

Argentina millisinin əfsanəvi futboçularından olan Xuan Sebastiyan Veron verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, o, yığmanın uğursuz çıxışına toxunaraq Lionel Messi Maradona müqayisəsi aparıb:

“Mən açıq şəkildə deyirəm ki, Messi Maradona deyil. Maradona komandanı hərəkətə gətirən, böyük gücü olan biri idi. Messi çox utancaqdır. O lider ola bilməz. Texnikası və sürətinə şübhə etmirəm. Onun xarakteri pisdir”.