Messi mükafatını 6 ay sonra aldı - Foto

messi-mukafatini-6-ay-sonra-aldi
Oxunma sayı: 1484

Lionel Messi karyerasında 4-cü dəfə “Qızıl buts” mükafatını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, ötən mövsüm ölkə çempionatında 37 qol vuran argentinalı ulduzun 74 xalla lider olması 6 ay öncə dəqiqləşmişdi.

Bu gün keçirilən mərasimdə Messiyə mükafatı bir öncəki mövsümün qalibi olmuş komanda yoldaşı Luis Suares təqdim edib.

Qeyd edək ki, ulduz futbolçu “Qızıl buts”u daha öncə 2009-2010 (34 qol), 2011-2012 (50 qol) və 2012-2013 (46 qol) mövsümlərində də qazanmışdı.