Messi Ronaldoya səs verib

messi-ronaldoya-ses-verib
Oxunma sayı: 2530

Xəbər verdiyimiz kimi, FİFA 2018-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

“Qafqazinfo”nun məlumatına görə, baş məşqçi və kapitanların kimlərə səs verdiyini də açıqlayıb.

“Barselona” və Argentina yığmasının futbolçusu Lionel Messi ilk pillədə Luka Modriçin adını qeyd edib. Leo 2-ci yerə Kilian Mbappeni, 3-cü yerə isə Kriştiano Ronaldonu layiq görüb. Beləliklə, Messi ilk dəfə Ronaldonun adını top-3-ə daxil edib.

“Yuventus”un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun seçimi isə belə olub: Rafael Varan, Luka Modriç, Antuan Qrizmann.

İlin ən yaxşı futbolçusu Luka Modriç seçilib. Modriçin seçimi: Varan, Ronaldo, Qrizmann.