"Messi təkbaşına hər şey edə bilməz" - Luka Modriç

messi-tekbasina-her-sey-ede-bilmez
Oxunma sayı: 2450

Xorvatiya millisinin kapitanı Luka Modirç Argentinanı 3:0 məğlub etdikləri oyundan sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu ideal oynadıqlarını bildirib:

“Necə lazımdır elə də oynadıq. Eyforiyaya qapılmamalıyıq. İdeal oynadıq. Argentinanı udmaq üçün tək yolumuz bu idi. Düzdür, ilk qol sırf şans idi. Qapıçı səhvindən yararlandıq. Amma ümumilikdə əla oynadıq. Messiyə ötürmələrin çatmasına imkan verməməli idik. Bunu da bacardıq. Messi möhətəşəm futbolçudur, amma təkbaşına nəsə edə bilməz”.