Messi “Valensiya” ilə “poker oynadı”

messi-valensiya-ile-poker-oynadi
Oxunma sayı: 651

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turun mərkəzi qarşılaşmasında baş tutan 6 oyunda qapılara 28 top vurulub. Turun mərkəzi görüşündə “Barselona” evdə “Valensiya”nı qəbul edib. “Yarasalar” 9-cu dəqiqədə hesabda önə keçsə də, bu onlara baha başa gəlib. Katalonlar bu qolun cavabını 5 topla verib. Bu oyunda “Barsa”nın argentinalı hücumçusu Leonel Messi 4 qol vuraraq pokerə imza atıb.
Turun son matçı bu gün keçiriləcək.

24-cü tur
18 fevral

Xetafe – Espanyol – 1:1
Qollar: Miku, 70-pen – Vaskes, 66.

Real – Rasinq – 4:0
Qollar: Ronaldo, 6, Benzema, 45; 89, Di Mariya, 73.

Sevilya – Osasuna – 1:0
Qollar: Medel, 16, Troxovski, 90.

19 fevral

Qranada - Real Sosyedad - 4:1
Qol: Lopez, 12, Jara, 57, Uçe, 61; 87 - Qonsales, 10.

Atletik Bilbao - Malaqa - 3:0
Qollar: Amorebieta, 58, Xose, 60, Tokero, 60.

Malyorka - Vilyarreal - 4:0
Qollar: Viktor, 41; 65, Marti, 52, Nuneş, 67.

Sportinq - Atletiko Madrid - 1:1
Qollar: Equren, 37 - Kanella, 20-öz qapısına.

Levante - Rayo Valekano - 3:5
Qollar: Barkero, 50-pen, Suarez, 79; 90-pen - Banqura, 35; 70, Kosta, 62; 63, Delibaşiç, 85

Barselona - Valensiya - 5:1
Qollar: Messi, 22; 27; 76; 85, Xavi, 90 - Pyatti, 9.

20 fevral

00:00. Saraqosa - Betis

Ceyhun Əhmədov