Messi xəyalındakı klubu açıqladı

Messi xəyalındakı klubu açıqladı
Oxunma sayı: 3270

“Barselona”nın argentinalı ulduzu Lionel Messi uşaqlıqdan bəri formasını geyinmək istədiyi klubun adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Messi “Barselona”dan sonra “Nyuels Old Boyz” klubunda oynamaq istədiyini bildirib.

30 yaşlı ulduz futbola başladığı kluba dönməyin xəyalını qurduğunu deyib:

“O klubda oynamaq xəyalımdır. Bunun nə vaxt həyata keçəcəyini bilmirəm”.

Qeyd edək ki, futbola “Nyuels Old Boyz”un futbol məktəbində başlayan Messi 2000-ci ildə “Barselona”ya keçib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi