Messinin qardaşı yenə saxlanıldı

Messinin qardaşı yenə saxlanıldı
Oxunma sayı: 1146

Lionel Messinin qardaşı Matias Argentinanın Villa Qezell şəhərində polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Goal.az-a istinadən xəbər verir ki, Leonun böyük qardaşı qanunsuz odlu silah daşıma və başqa şəxsi təhdid etməkdə ittham olunur.

Şahidlərin sözlərinə görə Matiasın idarə etdiyi “Land Rover” markalı avtomobil digər maşınla toqquşandan sonra sürücü ilə mübahisə edib. O, bu zaman odlu silahla qarşı tərəfə hədə-qorxu gəlməyə başlayıb. Matiasın avtomobilində axtarış aparan polis silah tapmasa da, iki marixuana siqareti aşkarlanıb.

Qeyd edək ki, dekabrın 1-də onun yaxtasında qan izləri və tapanca tapılmışdı. Həmin vaxt polis bölməsinə aparılan Matias Messi daha sonra evinə buraxılmışdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi