Messiyə 20 qol lazımdır

messiye-20-qol-lazimdir
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla Messi ÇL tarixinin ən yaxşı bombardirləri siyahısında 3-cü pilləyə yüksəlib.

O, Tyerri Anri ilə eyni göstəriciyə malik olsa da, fransız bu qolları 114, Messi isə 66 oyunda vurub. 24 yaşlı futbolçu daha 3 top vurarsa, ikinci pillədəki Rud Van Nistelroyu haqlayacaq. ÇL-in ən yaxşı bombardiri isə hesabında 71 qol olan Raul Qonzalesdir. İspaniyalı forvard “Real”ın və “Şalke”nin heyətində 144 ÇL matçına çıxıb.
Qeyd edək ki, bu göstəricilərdə ÇL-in təsnifat mərhələsində vurulan qollar daxil deyil.

Ceyhun Əhmədov