“Messiyə deyərdim ki, ayıl və qaçmağa başla”

messiye-deyerdim-ki-ayil-ve-qacmaga-basla
Oxunma sayı: 2763

Argentina millisi ilə 1985-cı il dünya çempionu olan Ektor Enrike yığmalarının çıxışından danışıb. “Qafqazinfo” xəbər verir ki, o, açıqlamasında Lionel Messinin də çıxışına toxunub:

“Hər kəs deyir ki, futbolçulara qarşı diqqətli olun. Kimdir axı onlar? Messi kimdir ki, qaçmır? Maradona kimdir ki, qaçmır? İşə münasibət, can qoymaq lazımdır. Bu formanı geydiyin üçün duyduğun qürur hər şeydən üstündür. Maradona bizim ən güclümüz idi.

O, bizim əlimizi yanımıza salmağımıza imkan vermirdi. Hamıdan çox qaçırdı, hamıdan çox əsəbiləşirdi. Top onda olanda ayağına vurub yıxırdılar, ayağa durub qaçmağa davam edirdi. Biz bunu görürdük və anlayırdıq ki, birlikdə olmalıyıq. Mən anlamıram indi nə baş verir. Futbolçular ərköyün uşaqlar kimidirlər. Əgər mən Messinin komanda yoldaşı olsa idim, ona deyərdim ki, ayıl və qaçmağa başla”.