Messiyə fantastik təklif

Messiyə fantastik təklif
Oxunma sayı: 2781

Çinin “Hebey Çayn Forçun” klubu “Barselona”nın argentinalı ulduzu Lionel Messini transfer etməkdə israrlıdır.

“Qafqazinfo” xəbər verir ki, Çin Super Liqa təmsilçisi Messiyə həftəlik 1,7 milyon avro təklif etsə, ulduz futbolçu bunu qəbul etməyib.

Çilili məşqçi Pelleqrinonun çalışdırdığı “Hebey Çayn Forçun” klubu daha öncə Lavezzi və Maskeranonu transfer etmişdi.

Çin klubu Messi üçün 700 milyonu ödəməyi də qəbul edib. Bu məbləğin ödənilməsi üçün böyük şirkətlərdən birindən dəstək alınması da nəzərdə tutulub.

Qeyd edək ki, Leo “Barselona” ilə müqaviləsini 2021-ci ilə qədər uzatmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi