Məşuqəsini öldürən kişi həbs olundu

mesuqesini-olduren-kisi-hebs-olundu
Oxunma sayı: 655

Bakı Şəhər BPİ mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bir neçə gün əvvəl Həyat Abdullayevanın əlindən mobil telefonunu alıb qaçan Bakı şəhər sakini Ceyhun Hüseynov dünən Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb və ondan 1 qramdan artıq tiryək aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, sentyabrın 23-də Nəcəfqulu Novruzovun həyətyanı sahəsindən iki baş qoyunu da oğurlayıb.

Sentyabrın 19-da Sabunçu qəsəbəsi D. Bedniy küçəsində Qorxmaz Quliyevin əlindən gümüş qolbağı alaraq qaçan Bakı şəhər sakini Mirzə Qəmbərov dünən Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə AR CM-in 170-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elburus Quliyev sentyabrın 24-də yaxalanıb.

Nərimanov RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Haşımbala Manafov da dünən tutulub.

Ötən ay Tovuz rayon sakini Seymur Cəfərov Şakir Abbasovu bıçaqla xəsarəti yetirdiyinə görə sentyabrın 24-də Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nurlan Əmiraslanov dünən yaxalanıb. Məlum olub ki, o, mayın 13-dən 14-dək olan müddətdə Elnur Rəhimlinin evindən 5000 ABŞ dolları, 2300 manat, iyunun 9-da isə Nasir Əzizovun evindən 1260 manat və iyulun 5-də isə Məkurə Yasinovanın mənzilindən 2500 manat, qızıl-zinət əşyaları oğurlayıb.