“Məsut Özil çox yaraşıqlıdır” - Ən gözəl futbol şərhçisi

mesut-ozil-cox-yarasiqlidir
Oxunma sayı: 650

FOX Sports kanalının şərhçisi Veronika Rodrigez müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

-    Sosial mediada məşhursunuz. Bunu nəyə bağlayırsız?

-    Fikrimcə, idmanın dünyada çox məhşur olması və mənim ona aşiq olmağım bunun səbəbidir. İşim olduğu üçün bütün günü idmandan danışmağım insanların da diqqətini çəkdi. Əsl səbəbin bu olduğunu düşünürəm. 

-    Nə vaxtdan futbolla maraqlanırsız?

-    Həyatı dərk edəndən bəri futbolla qohum olmuşam. Ailəmdə önəmli bir yerə sahibdir. Nə zaman bir araya gəlsək, futboldan söhbət edirik. 8 yaşımdan stadionlara gedirəm. Babam və atam bacımla məni təzahüratlar etmək üçün stadiona aparardı. Sonradan çox güclü bağlılıq yarandı. Düşünürəm  ki, futbola aşiqəm. 

-    Ən böyük xəyalın nədir?

-    Hazırda ən böyük xəyalımı reallaşdırıram. Ən sevdiyim idman növü ilə məşğulam və onun sayəsində etibar qazanıram. Bundan daha yaxşısını düşünmək istəmirəm. 

-    Sizə görə ən xarizmalı baş məşqçi kimdir?

-    Van Qal (gülür)... Təbii ki, zarafat edirəm. Məncə, bu Yürgen Kloppdur. Münasibət qura biləcəyiniz qədər fanatik və insanlığa sahibdir. 

-    Ən yaraşıqlı futbolçu desəm?

-    Məsut Özil. O, qəlbimin sahibidir.

-    Hansı komandaya azarkeşlik edirsiniz?

-    Meksikada favorit komandam “Pumas”dır. Amma “Barselona” və “Yuventus”la fərqli hisslər yaşayıram. Qəlbim çempionlara bölündü. 

-    Hansı idman növlərini daha çox sevirsiz?

-    Futbol mənim ilk sevgimdir. Amma güləş və motosiklet yaraşılarını da sevirəm.

-    Bundan əvvəl Türkiyəyə gəldinizmi?

-    Heç Türkiyəyə gəlmədim. Amma bu mənim ən böyük xəyallarımdan biri idi. Çox gözəl ölkə kimi görünür. 

-    Messi, yoxsa Ronaldo?

-    Messi. O, futbolu sehirli və xüsusi göstərir. Qətiyyən bu dünyadan deyil.