Mətanətdən nəvəsinə iki ad günü - Fotolar

metanetden-nevesine-iki-ad-gunu
Oxunma sayı: 638

Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya iki gün ad günü keçirib.

"Qafqazinfo" xəbər verir ki, 8 yaşı tamam olan Tuncay üçün əvvəlcə sinif yoldaşlarının iştirakı ilə məclis təşkil edilib. Növbəti gün isə ailə birlikdə toplanıb. M.İsgəndərli nəvəsinə bir neçə hədiyyə alıb:

“Tuncay ilk nəvəmdir. Nə istəyir, etməyə çalışıram. Bu dəfə velosiped və skuter aldım. Söz vermişdim ki, birinci sinfi əlaçı bitirsə, istədiklərini alacam. Hər ikimizdə sözümüzün üstündə durduq”.