Mətbəxdə partlayış oldu, yaralanan var

metbexde-partlayis-oldu-yaralanan-var
Oxunma sayı: 708

Tərtər rayonunda ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, partlayış dalğasının təsirindən mətbəxdə iki pəncərənin çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib. Hadisə zamanı bir nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.